Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb
# 24 dekabr 2019 22:46 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Dorqud küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü - 1983-cü il təvəllüdlü Məmmədov Ramin Ramiz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR