Səfir: "Yaponiya biznesmenləri Azərbaycana qarşı böyük maraq nümayiş etdirir"

Səfir: "Yaponiya biznesmenləri Azərbaycana qarşı böyük maraq nümayiş etdirir"
# 12 noyabr 2016 10:12 (UTC +04:00)

"Azərbaycan hökuməti Yaponiyanın Azərbaycana investisiyanı artırmasını istəyir”.

APA-nın xəbərinə görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşin deyib.

Səfir, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdiyini açıqlayıb: "Yaponiya ilə Azərbaycan arasında siyasi cəhətdən heç bir problem mövcud deyil. İki ölkə arasında münasibətlər neft-qaz sahəsində inkişaf edir və Yaponiya şirkətləri burada fəaliyyət göstərir. Ancaq son zamanlar neftin qiymətinin aşağı düşməsi, iqtisadi böhran Azərbaycanla yanaşı, Yaponiyaya da təsirini göstərib. Çox yaxşı olardı ki, ölkələr arasında kənd təsərrüfatı və informasiya texnologiyaları sahəsində əlaqələr inkişaf etsin. Yaponiya biznesmenləri Azərbaycana qarşı böyük maraq nümayiş etdirir. Yapon biznesmenləri Azərbaycanla biznesin digər münasibətlərini qurmaq üçün şans axtarırlar. Belə bir şans yaranan kimi, düşünürəm ki, biznesmenlər bundan yararlanacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR