Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub, ölən var

Bakı-Qazax yolunda minik və yük maşınları toqquşub, ölən var
# 14 iyul 2017 08:19 (UTC +04:00)

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Razi Zülfüqar oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü R. İsayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR