Putin: “Türkiyədəki danışıqlar çox dolğun olub”

Putin: “Türkiyədəki danışıqlar çox dolğun olub”
# 04 aprel 2018 04:58 (UTC +04:00)

Türkiyəyə səfərin və prezident Rəcəb Tayyip Ərdoğanla danışıqların proqramı çox məzmunlu və dolğun olub”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, Ərdoğanla görüşdə ikitərəfli münasibətlərin əsas mövzuları, habelə bir sıra regional və beynəlxalq aktual məsələlər müzakirə edilib, birgə iş üçün istiqamətlər müəyyənləşdirilib.

“Rusiya və Türkiyə arasında qarşılıqlı fəaliyyət durmadan inkişaf edir. Siyasi dialoq intensiv xarakter daşıyır. Xarici siyasət və hərbi qurumlar sıx əlaqədədir”, - deyə V.Putin qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR