Xaldan-Mingəçevir yolunda avtomobil aşıb, ər-arvad xəsarət alıb

Xaldan-Mingəçevir yolunda avtomobil aşıb, ər-arvad xəsarət alıb
# 26 oktyabr 2017 12:47 (UTC +04:00)

Xaldan-Mingəçevir yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, günorta saatlarında Yevlaxın Əkşəm kəndi ərazisində “Nissan X Trail” markalı, 90 ON 305 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Deformasiyaya uğrayan avtomobilin sürücüsü, 1942-ci il təvəllüdlü Baxışov Ziyəddin Mirəli oğlu və onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Həsənova Səfurə Kərəm qızı xəsarət alıblar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xəsarət alan şəxsləri avtomobildən çıxarıblar. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR