Tramp: “ABŞ 16 il ərzində Yaxın Şərqə 7 trilyon dollar göndərib”

Tramp: “ABŞ 16 il ərzində Yaxın Şərqə 7 trilyon dollar göndərib”
# 29 noyabr 2017 22:30 (UTC +04:00)

16 il ərzində ABŞ Yaxın Şərq ölkələrinin problemlərinin həllinə 7 trilyon dollar xərcləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Sent-Luis şəhərində çıxış edərkən bəyan edib.

“Son 16 ildə Yaxın Şərqə 7 trilyon dollar göndərmişik. Bu pula biz ölkəmizi dörd dəfə yenidən qura bilərdik. Mən bunu nəzərə alacam”, deyə D.Tramp bildirib.

O qeyd edib ki, hazırda İŞİD-ə vurulan zərər görülməmiş miqyasa çatıb. “Biz terrorçuları məhv etməkdə davam edirik”, deyə D.Tramp vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR