Çin yuanı 16 aylıq maksimumu yeniləyib

Çin yuanı 16 aylıq maksimumu yeniləyib
# 11 sentyabr 2017 07:25 (UTC +04:00)

Çin Xalq Bankı bu gün yuanın dollara nisbətən məzənnəsini 0,05% möhkəmləndirib.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, beləliklə, yuanın dollara nisbətən məzənnəsi psixoloji hədd olan 6,5 səviyyəsini ötüb ki, bu da 2016-cı ilin may ayından etibarən maksimal göstəricidir.

Qeyd edək ki, mərkəzi bank yuanın məzənnəsini ardıcıl olaraq 11 ticarət sessiyası möhkəmləndirir.


Cari ilin əvvəlində Çinin baş naziri Li Ketsan bəyan edib ki, hökumət xarici ticarətin stimullaşdırılması üçün yuanın devalvasiyasına can atmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR