Siyəzəndə naməlum kişi meyiti tapılıb

Siyəzəndə naməlum kişi meyiti tapılıb
# 29 mart 2018 14:48 (UTC +04:00)

Siyəzən rayonu, Yenikənd kəndi ərazisində naməlum kişi meyiti tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yeri bürosuna verilən məlumata görə, bu gün Siyəzən rayon Yenikənd kənd ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb.

Tapılan zaman üzərində heç bir sənəd aşkarlanmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində döymələr var.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (02330) 4-02-21; (02330) 4-13-03 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR