"Petlim" limanı fəaliyyətə başlayıb

"Petlim" limanı fəaliyyətə başlayıb
# 08 dekabr 2016 10:17 (UTC +04:00)

"Petlim Limançılık Ticaret A.Ş." şirkətinin 1,5 mln. konteyner saxlama gücünə malik terminalının I mərhələsi üzrə işlər bu həftə başa çatdırılıb və əməliyyatlara başlanılıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, I mərhələnin potensialı 800 min konteynerdir. “Petkim”lə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Petlim” konteyner limanı layihəsinin II mərhələsi üzrə işlərin 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır.

Egey bölgəsinin ən böyük limanı olan “Petlim”in iri konteyner gəmilərinin yan alacağı körpü hissəsində və manevr meydanında dəniz dibinin kartoqrafik ştrixlərinin hazırlanması işləri yaxın zamanlarda tamamlanacaq. Bu işlər başa çatdıqdan sonra suyun 16 metr dərinliyinə nüfuz etmək mümkün olacaq. “Petlim” layihəsində ayrıca bir yük körpüsü də yer alıb. SOCAR-ın sərmayə qoyduğu digər bir struktura – STAR neft emalı zavoduna aid ağır yüklərin də bu körpüdən yüklənməsi effektiv qənaətə imkan yaradacaqdır. Konteyner limanı idarəçiliyi üzrə dünyanın lider qurumu olan “APM Terminals” ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan “Petlim” limanı SOCAR-ın hazırkı və gələcək logistik tələblərinin ödənilməsini hədəfə alıb. Liman tam gücü ilə işə başladıqda Mərmərə, Egey və Aralıq dənizlərində 11 min konteyner gücü olan gəmilərin rahatlıqla yanaşa biləcəyi yeganə liman olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR