Kəmaləddin Heydərov zəlzələ bölgəsindədir - YENİLƏNİB

Kəmaləddin Heydərov zəlzələ bölgəsindədir - <span style="color: red;">YENİLƏNİB
# 06 iyun 2018 10:10 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən gün zəlzələ baş vermiş Zaqatala rayonundadır.

APA-nın məlumatına görə, K. Heydərov zəlzələdən zərərçəkən ərazilərə baş çəkəcək.

FHN də Kəmaləddin Heydərovun Zaqatala rayonuna səfər etdiyi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, nazir və nazirliyin digər rəhbər şəxsləri vəziyyətlə yerində tanış olacaqlar.

***

11.19

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən gün baş verən zəlzələ ilə əlaqədar Zaqatala rayonuna yola düşüb.

APA-nın məlumatına görə, K. Heydərov Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə zəlzələdən zərərçəkən kəndlərə baş çəkəcək, sakinlərlə görüşəcək.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR