ABŞ-ın Nyu-Hempşir ştatında “Marriott” şəbəkəsinə aid oteldə partlayış, ardınca da yanğın baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
İnsident səhər saatlarında Lebanon şəhərindəki “Element Hotel” otelində, beşmərtəbəli binanın texniki otaqlarının birində qeydə alınıb.
Otelin qonaqlarından 8 nəfəri, eləcə də iki yanğınsöndürən xəstəxanaya çatdırılıb. Onlardan biri təhlükə zonasından kənarda buz üzərində sürüşərək yaralanıb. 75 qonağın hamısı təxliyyə edilərək şəhərin digər otellərinə yerləşdirilib.