Masallı və Lənkəran sakinlərindən narkotik vasitə götürülüb

 Masallı və Lənkəran sakinlərindən narkotik vasitə götürülüb
# 13 iyul 2017 09:49 (UTC +04:00)

Masallı və Lənkəran sakinlərindən narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun Rəhmanovun evinə baxış zamanı oradan 45,646 qram tiryək və 727,34 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilərək götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən isə şəhər sakini Elşən Rəcəbovdan 5,72 qram marixuana aşkarlanıb. Onun evinə baxış zamanı isə 412,89 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR