Muzey Mərkəzində Latviyanın Azərbaycandakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Canlı miras" adlı sərgi açılıb.
APA-nın məlumatına görə, Latviyanın müstəqilliyinin və Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş sərgidə Qarabağ atları nümayiş olunur.
Sərginin açılışında iştirak edən Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs sərgidə iki ildir Azərbaycanda yaşayan rəssam Daçe Ştrausaya məxsus 29 əsərin nümayiş olunduğunu bildirib. O həmçinin bildirib ki, bu il hər iki ölkədə əlamətdar hadisənin 100 illiyi qeyd olunur və sərginin təşkili də bu tarixi hadisələrə həsr olunub.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında Qarabağ atlarının vətəninin bu gün işğal altında olduğunu deyib: "Lakin Azərbaycan bu mirası qoruyur. 2013cü ildə atların iştirakı ilə keçirilən Çövkən oyunu YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib".
Sərgi iyunun 4-nə kimi davam edəcək.