Elmin İnkişafı Fondu və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlıq edəcək

Elmin İnkişafı Fondu və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlıq edəcək
# 06 mart 2018 12:54 (UTC +04:00)

Martın 6-da Kənd Təsərrüfatı Nazirliyində bu qurumla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.

Fondun mətbuat xidmətindən APA-ya bildirilib ki, protokolu kənd təsərrüfatı naziri Heydər Əsədov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.

Protokolun məqsədi kənd təsərrüfatı sahəsində elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsinə, alimlərin, o cümlədən gənc tədqiqatçı və mütəxəssislərin aqrar elmlər sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsi və müvafiq tədbirlərin həyata keçirilməsidir.

Heydər Əsədov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, aqrar tədqiqatların səviyyəsindən, Elmin İnkişafı Fondu ilə əməkdaşlığın perspektivlərindən ətraflı danışıb.

Elçin Babayev isə qeyd edib ki, Azərbaycan hökumətinin davamlı olaraq inkişaf etdirdiyi sahələr arasında kənd təsərrüfatı birincilər sırasında dayanır.

Tərəflər əməkdaşlığın formalarını bir daha müzakirə edib, yaxın dövr üçün birgə fəaliyyət proqramını razılaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR