Nazir müavini: "Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı işlər davam etdiriləcək"

Nazir müavini: "Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı işlər davam etdiriləcək"
# 16 mart 2018 11:51 (UTC +04:00)

"Ötən il “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı işlər görülüb".

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün ixracla bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazir müavinin sözlərinə görə, bu brendin, həmçinin Azərbaycan meyvə-tərəvəzlərinin tanıdılması üçün Rusiyanın “Russiya 24” telekanalında reklam çarxları hazırlanaraq nümayiş etdirib. Nazir müavini deyib ki, 50 milyondan artıq insan bu reklam çarxını izləyib: “Bu, Azərbaycan meyvə və tərəvəzlərinin tanıdılması üçün çox lazımlı addımdır. Bu işlər davam etdiriləcək və Ərəb ölkələri, Avropada da Azərbaycan məhsullarının tanıdılması ilə bağlı işlər görüləcək. Bundan başqa, AZAL-la iş birliyimiz sayəsində hava limanlarında “Made in Azerbaijan” brendinin tanıdılması üçün stendlər qurulub. Həmçinin, SOCAR ilə əməkdaşlıq sayəsində artıq Gürcüstanda yerləşən yanacaq doldurma məntəqələrində ”Made in Azerbaijan” stendləri qurulub. Gələcəkdə Ukraynada, həmçinin bir sıra Avropa ölkələrində də SOCAR-ın yanacaq doldurma məntəqələrində bu brendin tanıdılması ilə bağlı işlər görüləcək”.

S. Babayev deyib ki, 2017-ci il ixracla və “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı görülən işlərin ilk ili kimi yadda qalıb: “Çətinlikləri və perspektivləri də gördük. 2018-ci ildə daha yüksək nəticələrə nail ola biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR