Rusiyada daha bir keçmiş respublika rəhbəri rüşvət faktına görə saxlanılıb

Rusiyada daha bir keçmiş respublika rəhbəri rüşvət faktına görə saxlanılıb
# 13 aprel 2017 10:24 (UTC +04:00)

Rusiyada daha bir keçmiş respublika rəhbəri rüşvət faktına görə saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Mariy El Respublikasının keçmiş rəhbəri Leonid Markelov istefa verdikdən bir həftə sonra həbs olunub.

İstintaqçılar onun qızının Moskvadakı evində və həyat yoldaşının evində axtarış aparıblar. “İşlə bağlı 3 adamın adı hallanır. Bunlar respublikanın keçmiş rəhbəri , saxlanılan Leonid Markelov, həmçinin rüşvət verənlər- sahibkar Nikolay Krivaşin və “Region12” adlı yerli kanalın rəhbəri Mariya Kojevnikovadır”,- deyə N.Krivaşinin vəkili İqor Trunov açıqlayıb

Xatırladaq ki, Leonid Markelov aprelin 6-da öz istəyi ilə Mariy El respublikasının başçısı vəzifəsindən istefa verib.

Aprelin əvvəlində Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov da 140 milyon rubl məbləğində rüşvət almaq ittihamı ilə saxlanılıb. İstintaqın versiyasına əsasən 2014-2016-cı illərdə Solovyov Kambarka şəhərindəki Kama və Buy çayları üzərindən keçən körpünün tikintisi ilə məşğul olan şirkətdən 139 milyon rubl rüşvət alıb. Bundan başqa, məmura 2,7 milyon rubl dəyərində olan kommersiya firmasından pay verilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR