Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov jurnalisti məhkəməyə verib

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov jurnalisti məhkəməyə verib
# 16 iyul 2015 13:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov jurnalist Ənvər Börüsoyu məhkəməyə verib.

Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, teatr direktorunun Ə. Börüsoyu məhkəməyə verməsinin səbəbi müəllifin Akademik Milli Dram Teatrının kollektivi, rəhbərliyi haqqında yazdığı yazılardır.

E. Cəfərov əlavə edib ki, Ə.Börüsoy Cinayət Məcəlləsinin işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqəti alçaltma, böhtan atma maddələri ilə məhkəməyə verib.

İ. İsrafilov jurnalistdən yazdıqlarını təkzib etməsini, üzr istəməsini və maddi təzminat ödəməsini tələb edir.

Qeyd edək ki, Ə. Börüsoy İ. İsrafilov və teatr haqqında son vaxtlarda bir neçə tənqidi məqalə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR