Şirvanda avtomobil dərəyə aşıb, iki nəfər xəsarət alıb

Şirvanda avtomobil dərəyə aşıb, iki nəfər xəsarət alıb
# 09 yanvar 2017 13:01 (UTC +04:00)

Şirvanda avtomobilin dərəyə aşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.

Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Elnur Eynulla oğlunun idarə etdiyi “KİA Sportage” markalı 90 GP 469 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yoldan çıxıb və dərəyə yuvarlanıb.

Nəticədə sürücü və sərnişin - Talış kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Fərid Şuru oğlu yüngül bədən xəsarətləri alıblar. Onlara Şirvan şəhər xəstəxanasında tibbi yardım göstərilib.

Avtomobil tamamilə yarasız vəziyyətə düşüb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR