Yığmadan kənarlaşdırılan qapıçı dünyasını dəyişib

Yığmadan kənarlaşdırılan qapıçı dünyasını dəyişib
# 10 iyul 2017 14:05 (UTC +04:00)

Syerra-Leone milli komandasının futbolçusu Əlhacı Dauda Konte vəfat edib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qapıçının xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Lakin Kontenin xəstəliyi ilə bağlı detallar açıqlamayıb. Qvineyanın “Aşanti Qolden Boyz” klubunun üzvünün sağlamlığı ilə bağlı problemləri ötən ay üz çıxıb.

Həmin vaxt qolkiper Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Keniya ilə matçına çağırılan heyətdə yer alıb. Lakin 2:1 hesablı qələbədən bir gün öncə məşqdə özünü pis hiss edən futbolçu heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Keniya üzərində qələbə qazanılan oyunda qollardan birini Azərbaycanda da çıxış etmiş Julius Vobay vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR