Naxçıvanda banklar iqtisadiyyatın kreditləşdirməsinə 48 mln. manat yönəldib

Naxçıvanda banklar iqtisadiyyatın kreditləşdirməsinə 48 mln. manat yönəldib
# 19 avqust 2015 07:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar respublikasında banklar iqtisadiyyatın kreditləşdirməsinə 47 mln. 347 min manat vəsait yönəldib.

APA-Economics”in məlumatına görə, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar

Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Tural Şirəlizadə məlumat verib.

Onun sözlərinə görə, bu ötən ilin müvafiq göstəricisindən 44,2% çoxdur.

Bu ilin 7 ayında verilmiş kreditlərin 13 mln. 234 min manatı qısamüddətli, 34 mln. 113 min manatı isə uzunmüddətli olub.

Ümumiyyətlə, avqustun 1-nə muxtar respublikada cəmi kredit qoyuluşunun həcmi 121 mln. 988 min manat təşkil edib ki, bunun da 15 mln. 360 min manatı qısamüddətli, 106 mln. 628 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.

Bəhs olunan dövrdə Naxçıvanda verilmiş kreditlərin strukturunda ən böyük payı kənd təsərrüfatının inkişafı ilə əlaqədar kreditlər təşkil edir. Belə ki, bu sahə cari ilin ilk yeddi ayı ərzində verilmiş kreditlərdə 12 mln. 607 min manatla 26,6%-lik bir paya malikdir.

Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvanda sənayenin inkişafı üçün ehtiyac duyulan maliyyə resurslarının təmin edilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 10 mln. 737 min manat həcmində kredit verilib ki, bu da ötən müddət ərzində verilmiş kreditlərin 22,7%-ni təşkil edir. Eyni zamanda bu sahədə ötən ilin müvafiq dövründə verilmiş kreditlərlə müqayisədə 8 mln. 490 min manat artım qeydə alınıb.

Əvvəlki illərlə müqayisədə kreditlərin daha çox cəlb edildiyi sahələrdən biri də nəqliyyat və rabitə sektorudur. 2015-ci ilin yanvar-iyul ayları ərzində bu sahənin inkişafı məqsədilə verilmiş kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 mln. 906 min manat artaraq 5 mln. 921 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR