Özbəkistanda parlament seçkiləri başa çatıb

Özbəkistanda parlament seçkiləri başa çatıb
# 22 dekabr 2019 23:15 (UTC +04:00)

Özbəkistanda parlament seçkiləri başa çatıb, seçki məntəqələri də artıq bağlanıb.

APA “Interfax”a istinadən xəbər verir ki, ölkə vətəndaşları Ali Məclisin Qanunverici Palatasına (parlamentin aşağı palatası) və yerli şuralara səsvermədə iştirak ediblər.

MSK-nın məlumatında qeyd olunur ki, seçki məntəqələrinin bağlandığı anda fəallıq 71,1% təşkil edib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Mirzo-Uluqbek Abdusalomovun sözlərinə görə, seçkilər zamanı yol verilən müəyyən qanun pozuntuları ümumi nəticələrə təsir göstərmir.

Seçkinin ilkin nəticələri dekabrın 23-də elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR