Mingəçevir su anbarındakı zəlzələ 3 bala qədər hiss edilib - YENİLƏNİB

Mingəçevir su anbarındakı zəlzələ 3 bala qədər hiss edilib - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2016 13:30 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 17 noyabr 2016-cı il tarixində Bakı vaxtı ilə saat 13:53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarı ərazisində, 23 km dərinlikdə, 3,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss edilib. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.

***

14.38

Mingəçevirdə zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13.53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarında qeydə alınıb.

Maqnitudası 3,2, dərinliyi 23 km olan zəlzələ hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR