İmişlidə altı otaqlı evdə yanğın olub

İmişlidə altı otaqlı evdə yanğın olub
# 28 dekabr 2016 06:59 (UTC +04:00)

İmişlidə altı otaqlı fərdi yaşayış evində yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında M. Rəsulzadə küçəsi, ev 12-də qeydə alınıb.

Rayon sakini, Abbasov Elxana məxsus ümumi sahəsi 120 kvadratmetr olan evin bir otağı və içərisindəki əşyalar yanıb.

Yanğının söndürülməsinə İmişli Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvələri və texnikası cəlb olunub. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR