MDB dövlət başçıları oktyabrın 16-da Astanada toplanacaqlar

MDB dövlət başçıları oktyabrın 16-da Astanada toplanacaqlar
# 19 avqust 2015 14:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. MDB ölkələrinin dövlət başçıları şurasının növbəti iclası 16 oktyabr tarixində Astanada keçiriləcək. APA-nın “Belta.by” saytına istinadən verdiyi məlumata görə, bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Segey Lebedev deyib. Onun sözlərinə görə, görüş zamanı BMT-nin yaranmasının 70 illiyi və Çernobl Atom Elektrik Stansiyasındakı qəzanın 30 illiyi gündəliyə salınacaq: “Bundan başqa dövlət başçıları miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə hallarla bağlı xəbərdarlıq və qarşısının alınması, sərhədlərin müdafiəsi, regionlararası əməkdaşlıq, hərbi sahədə qarşılıqlı fəaliyyəti əks etdirən sənədlər qəbul edəcəklər. Sənədlərin bir hissəsi bir gün öncə keçiriləcək xarici işlər nazirlərinin toplantısında müzakirə olunacaq. Həmin görüşdə 20-dən çox məsələnin müzakirəsi gözlənilir”.

Sergey Lebedev bildirib ki, oktyabrın sonunda isə Düşənbədə MDB hökumət başçılarının iclası keçiriləcək. Görüşdə 30-dan çox məsələ müzakirə olunacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR