VTB bəzi xarici törəmələrini konsolidasiya edir

VTB bəzi xarici törəmələrini konsolidasiya edir
# 18 yanvar 2017 09:19 (UTC +04:00)

"VTB bu il ərzində Avropada fəaliyyət göstərən bir sıra törəmələrini bir lisenziya altında birləşdirəcək". "APA-Economics" xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Andrey Kostin bildirib.

Onun sözlərinə görə, Almaniya, Fransa və Avstriyada fəaliyyət göstərən törəmə banklar konsolidasiya olunacaq. Yeni yaradılacaq bankın qərargahı Almaniyanın Frankfurt şəhərində olacaq.

"Artıq VTB Avropa Mərkəzi Bankı ilə danışıqlar aparır və yaxın vaxtda razılığın əldə olunmasına ümid edir", - deyə bankir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR