Tramp dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna namizəd irəli sürüb

Tramp dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna namizəd irəli sürüb
# 26 iyul 2017 05:52 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna Uess Mitçelin namizədliyini irəli sürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Avropa Siyasətinin Təhlili Mərkəzinin (CEPE) həmtəsisçisi olan U.Mitçelin namizədliyi ABŞ Senatda nəzərdən keçiriləcək.

Qeyd edək ki, Barak Obama administrasiyasında dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsində Viktoriya Nuland çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR