SOCAR Ukraynaya ixrac etdiyi aviayanacağın həcmini açıqlayıb

SOCAR Ukraynaya ixrac etdiyi aviayanacağın həcmini açıqlayıb
# 24 noyabr 2017 13:39 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkəti bu ölkəyə 18,8 min ton aviayanacaq idxal edib.

APA-Economics”in məlumatına görə, bu barədə Ukraynanın “A-95 Konsaltinq Qrup”un bu ilin on ayı ərzində apardığı bazar araşdırmasının hesabatında deyilir.

Hesabata əsasən, bu, ümumilikdə bu ilin 10 ayı ərzində Ukraynaya idxal edilən aviayanacağın 7%-ni təşkil edir.

Həmçinin, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Ukraynaya 10,4 min ton aviayanacaq ixrac edilib. Bu isə ölkəyə aviayanacağın ümumi idxalının 4%-ni təşkil edir.

Qeyd edək ki, ümumilikdə bu ilin on ayında Ukrayna 263,1 min ton aviasiya yanacağı idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. İdxalın 62%-i dəmir yolları ilə aparılıb, qalan həcmlər isə ənənəvi mənbələr olan Litva və Belarusdan dəmir yolları vasitəsilə həyata keçirilib. Ukraynanın aviayanacaq idxal etdiyi ölkələrin ilk üçlüyündə Litva (80,9 min ton(, İtaliya (79,3 min ton) və Səudiyyə Ərəbistanı (63,3 min ton) yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR