Bank Of Baku

Prokurorluq 18072 cinayət işinin istintaqını DİN-lə birgə aparıb

Prokurorluq 18072 cinayət işinin istintaqını DİN-lə birgə aparıb
# 24 yanvar 2022 11:40 (UTC +04:00)

Prokurorluq orqanları Daxili İşlər Nazirliyi ilə 18072 cinayət işinin, Ədliyyə Nazirliyi ilə 619 cinayət işinin, Dövlət Gömrük Komitəsi ilə 159 cinayət işinin, Dövlət Vergi Xidməti ilə 624 cinayət işinin, Dövlət Təhlükəsizliyi Xidməti ilə 99 cinayət işinin, Dövlət Sərhəd Xidməti ilə 184 cinayət işinin, Fövqəladə Hallar Nazirliyi ilə 54 cinayət işinin birgə istintaqını aparıb.

APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyi ilə birgə aparılan 12305 cinayət işi, Ədliyyə Nazirliyi ilə birgə aparılan 408, Dövlət Gömrük Komitəsi ilə birgə aparılan 93, Dövlət Vergi Xidməti ilə birgə aparılan 103, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan 40, Dövlət Sərhəd Xidməti ilə birgə aparılan 69, Fövqəladə Hallar Nazirliyi ilə birgə aparılan 2 cinayət işi məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR