Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
# 31 oktyabr 2016 06:55 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 28-i ilə müqayisədə dəyişməyərək 1,6381 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,58% möhkəmlənərək 1,7967 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 28-i ilə müqayisədə 0,38% ucuzlaşaraq 0,0260 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,02% möhkəmlənərək 0,5266 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9973 manatdır. Beləliklə, funt sterlinq 0,13%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,53% bahalaşaraq 0,6861 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR