Azərbaycan və Çin arasında yüklərin daşınması sahəsində İşçi Qrupu yaradılıb

Azərbaycan və Çin arasında yüklərin daşınması sahəsində İşçi Qrupu yaradılıb
# 28 oktyabr 2016 09:54 (UTC +04:00)

Çində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində “Çin Dəmir Yolları”nın baş direktorunun müavini Yan Yudunun başçılıq etdiyi heyətlə görüş keçirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Məbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, danışıqlar zamanı Y. Yudundeyib ki, Çin iqtisadiyyatının inkişafı, Qərb və xüsusi ilə Avropa ölkələri ilə ticarət dövriyyəsinin ildən-ilə artması, yüklərin nəql edilməsi yollarının diversifikasiyası qarşıda duran vacib məsələlərdən biridir.

Çin Xalq Respublikasının sədri Si Czipinin təşəbbüsü ilə “Bir kəmər bir yol” proqramı hazırlanıb və bu layihəyə əsasən Yeni İpək Yolunun dirçəldilməsi nəzərdə tutulub. “Çin Dəmir Yolları”nın Baş direktorunun müavini Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi həmin proqramın tərkib hissəsi olduğunu qeyd edib.

Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyindən danışan C. Qurbanov ölkəmizdə reallaşan iri infrastruktur layihələri haqda Çin tərəfinə geniş məlumat verib. Bildirib ki, tikintisi sona çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu, bütöv bir regionu Avropa dəmir yolları şəbəkəsinə birləşdirəcək, Astaradan İrana qədər dəmir yolunun inşası isə dəmir yolu vasitəsi ilə ölkəmizi İran körfəzi və Hind okeanı ölkələri ilə birləşdirəcək. Çin hər iki dəmir yolundan rahatlıqla istifadə edərək, qısa zaman kəsiyində Türkiyə, Avropa və İranla idxal-ixrac əməliyyatlarını həyata keçirmək imkanı əldə edəcək.

Görüşdə Çin Dəmir yollarının rəhbərliyi Azərbaycan ərazisindən keçməklə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan geniş istifadə edilməsindən maraqlı olduqlarını nəzərə çatdırıblar. Bildiriblər ki, Azərbaycanın əlverili coğrafi mövqeyi Cindən daşınan yüklərin Gürcüstan, Qara Dəniz hövzəsində yerləşən limanlara, həmçinin Cənubi Rusia və İran istiqamətində paylaşdırılmasını həyata keçirmək istiqamətində bir hub rolunu oynamağa imkan yaradır. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Cindən – Mərkəzi ve cənubi Avropa arasında ticarət dövriyyəsi üçün ən əlverişli nəqliyyat dəhlizi olduğunu bildirən Çin rəsmiləri, yüklərin sayı artacağı təqdirdə, Xəzər dənizində baş verəcək gecikmələrin qarşısını almaq üçün, alternativ marşrut kimi, Xəzərin şimal hissəsindən, yəni Qazaxstan-Rusiya-Azərbaycan dəmir yolu marşrutundan istifadə etmək arzusunda olduqlarını bildiriblər. Qeyd ediblər ki, bu yolla artıq yüklər, Azərbaycandan İrana və Türkiyəyə daşına bilər.

Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və iş birliyi zamanı yaranacaq bütün məsələlərin operativ həlli üçün İşçi Qrupunu yaradaraq, onlara rəhbərlik edəcək məsul şəxsləri də müəyyən ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR