Ştaynmayer xarici işlər naziri vəzifəsindən azad edilib

Ştaynmayer xarici işlər  naziri vəzifəsindən azad edilib
# 27 yanvar 2017 12:23 (UTC +04:00)

Almaniya prezidenti Yoahim Qauk xarici işlər naziri Frank-Valter Ştaynmayeri vəzifədən azad edib.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu vəzifənin icrası iqtisadiyyat naziri vəzifəsindən çıxarılan Sosial-Demokrat Partiyasının sədri Ziqmar Qabrielə həvalə olunub. Bu münasibətlə Almaniya prezidentinin iqamətgahında keçirilən mərasimdə ölkənin kansleri Angela Merkel də iştirak edib.


Y. Qauk ədliyyə naziri Brigitta Tsiprisi də bu vəzifədən azad edərək iqtisadiyyat naziri təyin edib.


Qeyd edək ki, Frank-Valter Ştaynmayer 2013-cü ildən xarici işlər naziri vəzifəsini tutub. O, bu il Almaniya prezidentliyinə namizədliyini irəli sürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR