Qiymətləri artıran "Holcim Azərbaycan"ın satışları azalıb

Qiymətləri artıran "Holcim Azərbaycan"ın satışları azalıb
# 16 yanvar 2017 07:37 (UTC +04:00)

"Holcim" şirkətinin Azərbaycandakı satışlarının həcmi azalıb. “APA-Economics” xəbər verir ki, bu barədə məlumat "Lafarge Holcim" şirkətinin 2016-cı ilin II rübünə dair açıqladığı hesabatda yer alıb.


Bildirilir ki, 2016-cı ilin I yarısında şirkətin satış qiymətləri yüksəlib: "Buna baxmayaraq, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 2016-cı ildə şirkətin ümumi gəlirləri azalıb. Səbəb isə neftə tələbatın azaldığı dövrdə ölkənin çətin iqtisadi şəraitlə üzləşməsidir. Eyni vəziyyət Rusiya üçün də xarakterikdir".

Hesabatda Azərbaycanın daxil edildiyi Avropa regionu üzrə ötən ilin aprel-iyun aylarının yekunlarına görə ümumi sement satışının 11,9 mln. ton olduğu, 2015-ci ildə isə bu rəqəmin 12,1 mln. ton olduğu göstərilir. Başqa sözlə, region üzrə sement satışı 2016-cı ilin I yarısında 2,4% azalıb. Hazır beton satışı isə 1,3% azalaraq 5 mln. ton təşkil edib.

Qeyd edək ki, "Holcim Azərbaycan" (bundan öncə "Qaradağ Sement") dünyanın aparıcı sement təchizatçılarından olan "Lafarge Holcim" şirkətinin törəməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR