Bakıda “Toyoto” qəza törədərək istinad divarına çırpılıb - FOTO - VİDEO

Bakıda “Toyoto” qəza törədərək istinad divarına çırpılıb - FOTO - VİDEO
# 25 dekabr 2019 22:52 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Beynəlxalq Avtovağzal dairəsinin yaxınlığında “Toyoto” markalı avtomobil “Volskwagen” markalı minik maşınına çırpılıb.

Zərbənin gücündən sonuncu avtomobil yol ayrıcı betonun üzərindən əks yola çıxıb, “Toyoto” isə divara çırpılıb. Nəticədə istinad divarı dağılıb.

Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR