Səfir: "Qazaxıstan Azərbaycanı 40 elektrovozla təmin edəcək"

Səfir: "Qazaxıstan Azərbaycanı 40 elektrovozla təmin edəcək"
# 26 oktyabr 2017 09:56 (UTC +04:00)

"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından istifadə edilib".


APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bugünkü mətbuat konfransında deyib.

"Bakı-Tbilisi-Qars" layihəsinin işə düşməsini möhtəşəm hadisə adlandıran səfir deyib ki, bu, təkcə Azərbaycan, Türkiyə və Gürcüstanın deyil, ümumiyyətlə "İpək yolu"na daxil olan ölkələrin inkişafına zəmin yaradacaq.

"Bakı-Tbilisi-Qars" layihəsində 10 Qazaxıstan teplovozu istifadə ediləcək. Eyni zamanda, 2020-ci ilədək Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək", -deyə səfir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR