Heydər Əliyev prospektində baş vermiş avtoqəza tıxaca səbəb olub - FOTO - VİDEO

Heydər Əliyev prospektində baş vermiş avtoqəza tıxaca səbəb olub - FOTO - VİDEO
# 23 dekabr 2019 00:38 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı "BMW" və "Hyundai" markalı avtomobillər toqquşub.

"BMW" markalı nəqliyyat vasitəsinin sahibi APA-ya bildirib ki, onun avtomobilini "ayıq" sürücü idarə edirmiş. Ancaq o, qadağan olunmuş hissədə geriyə manevr etmək istəyərkən "Hyundai" markalı avtomobilin qarşısına keçib və qəza qaçılmaz olub.

Yol qəzasından sonra prospektdə güclü tıxac yaranıb. Əraziyə YPX müfəttişləri cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR