Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 216,5 mln. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,4% azalıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından sürtgü yağlarının istehsalı 52,8%, dizel yanacağının istehsalı 17,5%, neft koksunun istehsalı 15,9%, avtomobil benzininin istehsalı 7,4%, ağ neftin istehsalı 8,3% azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.