Bakı ətrafı və dənizkənarı ərazilərdə simsiz rabitə texnologiyası istifadəyə verilir

Bakı ətrafı və dənizkənarı ərazilərdə simsiz rabitə texnologiyası istifadəyə verilir
# 29 mart 2018 09:50 (UTC +04:00)

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı ətrafı və dənizkənarı ərazilərdə son nəsil simsiz rabitə (LTE - Long Term Evolution) texnologiyasını istifadəyə verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə əhalinin genişzolaqlı telekommunikasiya xidmətləri ilə təmin edilməsinə başlanılıb.

““Baktelecom” tərəfindən mərhələli şəkildə bir sıra paytaxt ətrafı kəndlərdə və yaşayış massivlərində yeni stansiyalar qurulur. Layihə çərçivəsində “LTE” şəbəkəsinin baza stansiyalarının sayı daha da artırılacaq ki, bu da yay mövsümünə qədər qeyd olunan ərazilərdə sakinlərin telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradacaq. “LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərinə qoşulmaq istəyən vətəndaşlar texnologiyanı dəstəkləyən cihazları əldə etməlidir”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR