Apreldə əhalinin banklardakı əmanətləri 3% artıb

Apreldə əhalinin banklardakı əmanətləri 3% artıb
# 01 iyun 2018 09:50 (UTC +04:00)

Bu il mayın 1-ə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 958,1 mln. manat təşkil edib ki, bu, mart ayının göstəricisi ilə müqayisədə 1,44%, ötən ilin analoji dövrü ilə müqayisə isə 1,04% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Bu ilin aprel ayında əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 813,5 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 3,1% və ya 233,4 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR