MM-in Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası olub

MM-in Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası olub
# 26 yanvar 2018 09:41 (UTC +04:00)

Milli Məclisin Regional məsələlər komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

APA-nın məlumatına görə, komitə sədri Arif Rərimzadə bildirib ki, yaz sessiyası dövründə “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, “Yerli (bələdiyyələr) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

O qeyd edib ki, bundan başqa digər yeni təklif və təşəbbüslərin müzakirə olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR