Rusiyada ev yanıb, 3 uşaq ölüb

Rusiyada ev yanıb, 3 uşaq ölüb
# 25 dekabr 2016 09:53 (UTC +04:00)

Dekabrın 24-də Rusiyada birmərtəbəli evdə baş verən yanğın nəticəsində 3 uşaq ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tazovsk rayonunun Antipayut kəndində baş verib.

Sahəsi 27 kv.m. olan evdə baş verən yanğın söndürülüb, evdə olan 2,4 və 16 yaşlı 3 uşaq xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, uşaqlar həyatlarını itirib.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR