Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədov rayonun İsgəndərli və Seybətin kəndlərində seçicilərlə növbəti görüşünü keçirib.
Görüşdə deputatlığa namizəd YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, səsvermə günü seçiciləri fəal olmağa çağırıb.
Öz növbəsində seçicilər qarşıdan gələn seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.