Səfirlik: Türkiyə Rusiya və digər tərəfdaşlarla birlikdə terrorla mübarizəni qətiyyətlə davam etdirəcək

Səfirlik: Türkiyə Rusiya və digər tərəfdaşlarla birlikdə terrorla mübarizəni qətiyyətlə davam etdirəcək
# 20 dekabr 2016 15:30 (UTC +04:00)

“Türkiyənin Azərbaycandakı səfirliyi Ankarada Rusiya Federasiyasının səfiri Andrey Karlovun öldürülməsini şiddətli şəkildə qınayır və lənətləyir”.

APA-nın məlumatına görə, bu barədə səfirliyin yaydığı bəyanatda deyilir.

“Rusiya Federasiyasının Türkiyədəki səfirinin alçaqcasına hazırlanmış terror hadisəsi nəticəsində öldürülməsini böyük məyusluq hissi ilə öyrəndik. Bu əməli ən şiddətli şəkildə qınayırıq və lənətləyirik. Bu hadisə geniş şəkildə təhlil ediləcək və cavabdehlər Türkiyə ədalət mühakiməsinin qarşısına çıxarılacaqlar”, - deyə bəyanatda bildirilir.

Bəyanatda hadisənin Türkiyə-Rusiya münasibətlərinin bərpa olunduğu bir dövrdə və Rusiya, Türkiyə, İran xarici işlər nazirlərinin Moskva görüşündən əvvəl baş verməsi düşündürücü hal kimi qiymətləndirilib, iki ölkə arasında münasibətlərin pisləşməsini hədəfləyən bu kimi hücumların yolverilməz olduğu vurğulanıb: “Bu hücum terrorun ən iyrənc və vəhşi üzünü göstərdi. Türkiyə istər Rusiya, istərsə digər tərəfdaşlarla birlikdə terrorla mübarizədə səylərini qətiyyətlə davam etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR