“Şahdəniz” yatağından Gürcüstana qaz nəqli dayandırılıb

“Şahdəniz” yatağından Gürcüstana qaz nəqli dayandırılıb
# 16 avqust 2017 15:02 (UTC +04:00)

Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstana təbii qazın nəqli dayandırılıb.

APA-nın Gürcüstan bürosunun ölkənin Neft və Qaz Korporasiyasına istinadən verdiyi xəbərə görə, buna səbəb yataqda aparılan profilaktik işlərdir.

Cənubi Qafqaz boru kəməri ilə qaz tədarükü dayandırıldığına görə, hazırda Gürcüstana təbii qaz SOCAR-ın “Qazıməmməd-Qazax” magistral qaz kəməri ilə nəql olunur.

Profilaktik işlərin sentyabrın 10-dək davam edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR