"Suriya, Yəmən, Əfqanıstan kimi ölkələrdə, Yaxın Şərqdəki münaqişələrdə beynəlxalq ədalət Qüdsü İsrailin paytaxtı kimi tanımağa çalışan böyük güclər tərəfindən pozulur".
APA-nın məlumatına görə, bunu Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Şimali Koreya xarici işlər naziri bildirib ki, dünyanın bir çox yerlərində kiçik ölkələr böyük güclərin hərbi qarşıdurmalarının qurbanı olur: "Əgər beynəlxalq ədalət yoxdursa, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin heç bir dəyəri yoxdur və kiçik ölkələrin suverenliyi və mövcudluğuna heç zaman zəmanət verilə bilməz. Beynəlxalq ədalətin bərpa olunması üçün birgə səylər göstərilməlidir. Beynəlxalq aləmdə ikili standartlardan və ədalətsizlikdən imtina olunmalıdır. İqtisadi əməkdaşlıq, ətraf mühitin qorunması kimi mühüm beynəlxalq məsələlər ətrafında əməkdaşlığa can atılmalıdır".
Şimali Koreya xarici işlər naziri: "Beynəlxalq ədalət Qüdsü İsrailin paytaxtı kimi tanımağa çalışanlar tərəfindən pozulur"
05 aprel 2018 14:00 (UTC +04:00)
Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb - FOTO
21:06
26 aprel 2024