Azərbaycan yığması reytinq siyahısında mövqeyini qoruyub

Azərbaycan yığması reytinq siyahısında mövqeyini qoruyub
# 22 dekabr 2016 10:16 (UTC +04:00)

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin son siyahısında ciddi dəyişikliklər olmayıb.

Çünki hesabat dövründə yığmaların iştirakı ilə az sayda matç keçirilib. Bunun nəticəsində cədvəldəki dəyişikliklər cüzi olub.

Ötən siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisi 386 xalla 90-cı yerdə qərarlaşıb. Robert Prosineçkinin yetirmələri bununla da mövqeyini qoruyub.

Düzdü, üç pillə irəliləyən Zambiya Azərbaycanı arxada qoyub. Əvəzində 11 pillə geriləyən Antiqua və Barbudanın enişi yığmamızı mövqeyində saxlayıb. Beləliklə, komandamız 2016-cı ili ilk “yüzlük”də - 90-cı pillədə başa vurub.

Millimiz və “qonşular”ı

85 (86). Liviya – 417

86 (87). Ermənistan – 412

87 (88). Qətər - 411

88 (91). Zambiya - 401

89 (89). Keniya - 395

90 (90). Azərbaycan - 386

91 (91). Toqo – 385

92 (101). Ruanda - 373

93 (82). Antiqua və Barbuda – 370

94 (93). Finlandiya – 368

95 (95). Boliviya - 359

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.

İlk “onluq”

1 (1). Argentina – 1634

2 (2). Braziliya – 1544

3 (3). Almaniya – 1433

4 (4). Çili – 1404

5 (5). Belçika – 1368

6 (6). Kolumbiya – 1345

7 (7). Fransa – 1305

8 (8). Portuqaliya – 1229

9 (9). Uruqvay – 1187

10 (10). İspaniya – 1166

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun reytinqi dəyişib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1433

32 (32). Şimali İrlandiya - 767

43 (43). Çexiya - 671

83 (83). Norveç - 422

202 (201). San-Marino – 17

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR