Tibbi Reabilitasiya Xəstəxanasına müraciətlərin əksəriyyəti nevroloji problemlərlə bağlıdır

Tibbi Reabilitasiya Xəstəxanasına müraciətlərin əksəriyyəti nevroloji problemlərlə bağlıdır
# 06 dekabr 2016 09:37 (UTC +04:00)

2012-ci ildən bu günə kimi Tibbi Reabilitasiya Xəstəxanasına (TRX) 2990 xəstə qəbul olunub. APA-nın xəbərinə görə, bu barədə TRX-nın baş həkimi Cəvahir Mütəllimova məlumat verib.

O bildirib ki, xəstələrdən 1656-sını uşaqlar, 1334-nü analar təşkil edir: "Müalicə alan 1900 xəstədən 1375-i nevroloji statuslu, 229-u terapevtik, 154-ü hərəkət-dayaq sistemi xəstəlikləri, 83-ü kardioloji, 40-ı endikrinoloji xəstələr olub. Qeyd edim ki, xəstəxanaya daxil olan xəstələrin 80%-i nevroloji statusludur. Yastıpəncəlik, əyripəncəlik, raxit və s. diaqnozlarla qəbul olunan xəstələr xəstəxanada müalicə alırlar".

Baş həkimin sözlərinə görə, RTX Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilib.

"40 çarpayılıq, 2 şöbədən ibarət xəstəxana müasir avadanlıqla təchiz olunub: "Burada laboratoriya, EXO, USM kabinetləri, manipulyasiya otağı, oyun zalı, psixoloq və həkim otaqları mövcuddur. Yay aylarında isə burada hovuz fəaliyyət göstərir. Xəstəxanada Qədim Çin metodikalarından geniş istifadə olunur və müsbət nəticələr əldə edilib. Bundan başqa, xəstə daxil olarkən hər bir xəstə üçün individual müalicə-reabilitasiya proqramı yazılır və hər uşağa fərdi yanaşılır" - deyə C. Mütəllimova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR