Hindistanda bina uçub, 10 nəfər ölüb

Hindistanda bina uçub, 10 nəfər ölüb
# 01 aprel 2018 07:36 (UTC +04:00)

Bu gün Hindistanın İndaur şəhərində dördmərtəbəli bina uçub.

APA-nın məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Binanın uçması nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan dağıntılar altında qalıb. Ağır xəsarət alan 7 nəfərdən ikisinin durumu ağırdır.

Şahidlər bildiriblər ki, binaya avtomobil çırpılıb və bundan sonra bina uçub.

Hazırda xilasetmə əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR