Azərbaycanda neft hasilatı 9% azalıb

 Azərbaycanda neft hasilatı 9% azalıb
# 05 oktyabr 2017 15:28 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanda 3 mln. 101,7 min ton neft hasil edilib.

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 11,16% azdır. Bu ilin iyul ayı ilə müqayisədə isə bu rəqəm 7,19% azdır.

Bu ilin yanvar-iyul aylarında ümumilikdə ölkə üzrə 25 mln. 601,2 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 9,19% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 367,5 min ton, fevral ayında 2 mln. 975,7 min ton, martda 3 mln. 113 min ton, apreldə 3 mln. 186,1 min ton, mayda 3 mln. 291,9 min ton, iyunda 3 mln. 226,3 min ton, iyulda 3 mln. 339 min ton, iyul ayında isə 3 mln. 339 min neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR