Astara sakini 89 yaşlı nənəsinin evinə basqın edərək, ona xəsarət yetirib - YENİLƏNİB

Astara sakini 89 yaşlı nənəsinin evinə basqın edərək, ona xəsarət yetirib - <span style="color: red;">YENİLƏNİB
# 05 iyul 2017 08:48 (UTC +04:00)

Astarada evə basqın edib, yaşlı qadına xəsarət yetirən şəxsin kimliyi müəyyənləşib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni 89 yaşlı Kinəbacı Əsədullayevanın nəvəsi Azər Məmmədovun törətdiyi bildirilir. A. Məmmədov artıq şübhəli şəxs qismində saxlanılıb.

Fakt araşdırılır.

***

07.36

Astarada evə basqın olub, 89 yaşlı qadın ağır yaralanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şahağacı kəndində qeydə alınıb. Kənd sakini 1928-ci il təvəllüdlü Kinəbacı Allahverdi qızı Əsədullayevaya naməlum şəxs və ya şəxslər yaşadığı evində küt alətlə bir neçə zərbə endirilib. Dərhal yaralı oğlu tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır. İlkin məlumata görə, evdən heçnə aparılmayıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR