Bu ilin altı ayında 396 mln. sığorta haqqı toplanıb

Bu ilin altı ayında 396 mln. sığorta haqqı toplanıb
# 13 iyul 2018 08:35 (UTC +04:00)

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396,37 mln. manat məbləğində sığorta haqları toplanıb, 119,3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 286,84 mln. manat, ödənişlər isə 87,11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109,53 mln. manat, ödənişlər isə 32,19 mln. manat olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i könüllü, 28%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR